Banner

Ordubadda "Mercedes"lə "VAZ" toqquşdu - Ata və oğlu öldü

Qəzalar 19 Dekabr 2020 17:00 Oxunub 1238
Ordubadda "Mercedes"lə "VAZ" toqquşdu - Ata və oğlu öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ordubad rayonunda yol qəzası baş verib.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, dekabrın 18-i saat 17 radələrində Ordubad rayonunun Düylün kəndi ərazisində Üstüpü kənd sakini Xəlil Əliyevin idarə etdiyi “VAZ-2106” və Yuxarı Əndəmic kənd sakini Q.Rzayevin idarə etdiyi “Mercedes Vito” markalı avtomobillər toqquşub. Nəticədə X.Əliyev və sərnişini olan oğlu Elcan aldıqları xəsarətlərdən hadisə yerində ölüb, Q.Rzayevin sərnişini isə xəstəxanaya yerləşdirilib.

Ordubad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh