Ötən gün 2 piyada yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib

Oktyabrın 28-də respublika ərazisində ölümlə nəticələnən 2 yol qəzası baş verib ki, ikisi də piyada vurma hadisəsidir.
BAş Dövlət Yol Polis İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, saat 18:00 radələrində Sabunçu rayonu, B.Bünyatov küçəsində 1978-ci il təvəllüdlü İsayev Qabil Oruc oğlu idarə etdiyi “Toyota” markalı, 90-MU-899 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən 1973-cü il təvəllüdlü piyada Əliyeva Afət Firudin qızını vurub, daha sonra sonuncu aldığı zərbə nəticəsində yolun əks istiqamətinə düşüb və həmin istiqamətdə hərəkətdə olan 1982-ci il təvəllüdlü Quliyev Samir Sabir oğlunun idarə etdiyi “Hyundai” markalı, 99-OD-967 dövlət qeydiyyat nişanlı avtomobilə dəyib.
Saat 21:25 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsində 2002-ci il təvəllüdlü Əhmədov Rusif Vaqif oğlu “VAZ 2107” markalı, 10-NC-407 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolu soldan-sağa keçməyə çalışan 2005-ci il təvəllüdlü piyada Qarayev Cabir Cəmil oğlunu vurub.
Hər iki hadisədə piyadalar yolu onlar üçün nəzərdə tutulmayan yerlərdən keçməyə cəhd edib və bu da onların həyatları bahasına başa gəlib. Faktlar üzrə araşdırma aparılır.
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO












