Ötmə əməliyyatını düzgün etmədi; qarşıdakı motosikletlə toqquşdu

Şəki rayonunda bir ailənin üç üzvü yol qəzasına düşüb. Hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəki rayonunun Suçma kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Çayqaraqoyunlu kənd sakini Rövşən İsrafilov idarə etdiyi “VAZ 21099” markalı avtomobillə hərəkətdə olarkən ötmə əməliyyatını düzgün etməməsi səbəbindən qarşıda hərəkətdə olan, rayonun Suçma kənd sakini, 1963-cü il təvəllüdlü Rafiq Sabir oğlu Abdurəhmanovun idarə etdiyi motosikleti arxadan vurub. Qəza nəticəsində “VAZ -21099”un sürücüsü Rövşən İsrafilov xəsarət almasa da, motosikletin sürücüsü Rafiq Abdurəhmanov və motosikletdə olan digər şəxslər - Rafiq Abdurəhmanovun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Kəmalə Yusif qızı Abdurəhmanova və onların övladı, 1993-cü il təvəllüdlü Rahib Rafiq oğlu Abdurəhmanov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
Şəki RMX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində xəsarət alan Rafiq Abdurəhmanov və Kəmalə Abdurəhmanovanın xəsarətləri yüngül olduğundan onlar ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq şərtilə evə buraxılıblar. Rahib Abdurəhmanov isə xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır hesab olunur.
Faktla bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












