Partlayan maşina görə Bakıya ciddi ziyan dəydi - VİDEO

Ötən gecə Bakı Dairəvi yolunun 4-cü km-də yanacaq daşıyan iri tutumlu avtomobilin qəzaya uğraması nəticəsində yol təsərrüfatına 7 min manat dəyərində ziyan dəyib. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin verdiyi məlumata görə, yolda 72 poqonometr əyri xətli tir (təhlükəsizlik səddi), onun üzərində olan 24 ədəd işıqqaytaran, bir yol nişanı sıradan çıxıb, bir işıq dirəyi aşıb. Hazırda həmin avtomobilin yoldan kənarlaşdırılması istiqamətində iş görülür, hadisə yerinə qaldırıcı kran cəlb olunub. “Artıq bununla bağlı akt tərtib olunub. Araşdırmalar davam etdirilir”, - deyə Pünhan Mürsəliyev bildirib.
Baş verən qəz Bakının elektrik xətlərinə də böyük ziyan vurub. Hadisə nəticəsində paytaxtın böyük bir hissəsində işıqlar kəsildi. “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin mətbuat katibi Tanrıverdi Mustafayev anspress-ə açıqlamasında bildirib ki, ən çox şəhərin Yasamal və Nəsimi rayonları ərazisində elektrik enerjisinin verilişi dayandırılıb. Çünki baş verən yanğın nəticəsində ərazidən keçən hava elektrik xətləri sıradan çıxıb. Hadisə baş verən kimi əraziyə Bakıelektrikşəbəkənin əməkdaşları cəlb olunub. Baş verən qəzanın aradan qaldırılması bir az vaxt tələb edib. Saat 02:45 radələrində şəhərin bütün ərazilərində elektrik enerjisinin verilişi bərpa olunub. “Hələlik dəyən ziyan barədə dəqiq nəsə demək mümkün deyil. Hazırda dəymiş ziyan araşdırılır. Araşdırmalardan sonra dəyən ziyan məlum olacaq”, - deyə Tanrıverdi Mustafayev bildirib.
Qeyd edək ki, ötən gecə Bakı şəhəri, Yasamal rayonunda "Mercedes" markalı yük avtomobilinə qoşulmuş tutumu 40 ton olan yanacaq çəninin qəzaya uğraması nəticəsində maşın yolun kənarına aşıb. Yanğın nəticəsində yük avtomobilinin yanar hissəsləri, çəndə və ətrafa dağılmış yanacaq 200 kv.m sahədə yanıb. Yaxınlıqdakı tikililər və ərazidə dayanmış avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 01:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mingəçevir-Xaldan yolunda arxa təkərləri qopan avtomobil dirəyə çırpıldı - VİDEO
Türkiyədə təlim təyyarəsi qəzaya düşdü - VİDEO
Balakəndəki 4 nəfərin öldüyü dəhşətli qəzada xəsarət alan şəxsin son durumu - RƏSMİ
Beyləqanda “VAZ” və “UAZ” toqquşdu, xəsarət alan var - VİDEO
Salyanda iki yük maşını toqquşdu, sürücülərdən biri yaralandı - VİDEO
Nasaz avtomobil sürücüsünün səhvi AĞIR QƏZAYA SƏBƏB OLDU - ANBAAN VİDEO
"Shacman"la "Mitsubishi" toqquşub, AAYDA-nın əməkdaşı vəfat etdi - VİDEO
Sədərək-Binə yolunda yük maşını yanıb kül oldu - VİDEO
Bakıda sərnişin avtobusu qəzaya uğradı - VİDEO
Bakı-Quba yolunda qəza olub, ölən var
Qəzada maşını zədələnən sürücülər oxusun: Bu sığorta növü dəyişir













