Gecə saatlarında baş verən dəhşətli qəzada ölən piyadanın ADI AÇIQLANDI - VİDEO - YENİLƏNİB

"Bu gecə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən şəxs Cavid Nəriman oğlu Cəfərovdur".
Bunu açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli deyib.
O qeyd edib ki, hadisə 12 noyabr saat 00:20-də H. Əliyev prospektində, "Saatın yanı" deyilən ərazidə - üzü hava limanı istiqamətində baş verib:
"Nissan Tiida" markalı 77-HU-326 dövlət nömrəli nişanlı nəqliyyat vasitəsi Cavid Nəriman oğlu Cəfərovu vurub. Piyada hadisə yerində həyatını itirib.
Fakt Suraxanı Rayonu Polis İdarəsində araşdırılır",- deyə R.Əhmədli vurğulayıb.
***
Bakı şəhərinin Sabunçu rayonunda gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə "Komsomol" dairəsi adlanan ərazidə, məhz piyada keçidinin altında qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Belə ki, yolun hərəkət hissəsindən keçən piyada avtomobil tərəfindən vurulub. Nəticədə 1985-ci il təvəllüdlü şəxs hadisə yerində keçinib.
(oxu.az)
Şəkidə ağır qəza: Yaralanan var
Gəncədə "KamAz" avtobusla toqquşdu - Xəsarət alan var
Şəmkirdə “Hyundai" ağaca çırpılıb, ölən və ağır xəsarət alan var - VİDEO
Qəbələdə buzlu yolda "Rang Rover" yol kənarına aşıb - VİDEO
Naxçıvanda "KIA" avtobusla toqquşdu - Xəsarət alanlar var
Şəmkirdə "VAZ" beton maneyə çırpıldı - FOTO
Avtomobil kanala düşdü - Ölən var
Keçiddən keçməyən 84 yaşlı piyadanı motosiklet vurub öldürdü - VİDEO
Zolağa baxmadan manevr edən sürücü qəza törətdi - ANBAAN VİDEO
Motosiklet yük maşınına çırpıldı - Rusiya vətəndaşı öldü
“Tofaş” piyadanı vurub avtoyuma məntəqəsinə atdı - Ağır qəza - VİDEO











