Şəhid anasının həyatını itirdiyi qəza necə baş verib? - TƏFƏRRÜAT

Şəhid anasının həyatını itirdiyi ağır qəzanın bəzi təfərrüatı məlum olub.
Avtosfer.az Oxu.az-a istinadla xəbər verir ki, Goranboy rayonunun Todan kənd sakini, şəhid anası Naqilə Həsənəliyevanın həlak olduğu qəza zamanı avtomobildə daha iki nəfər olub.
Hadisə günü mərhum Todan kənd icra nümayəndəsinin müavini və digər bir kənd sakini olan qadınla birlikdə Gəncə şəhərindən şəhid ailələri ilə görüşdən qayıdırmış.
Belə ki, Todan kəndində "Niva" markalı avtomobilin sürücüsü digər sərnişin olan qadını düşürmək üçün nəqliyyat vasitəsini saxlayıb. Sərnişinin avtomobildən düşməsinə kömək etmək məqsədilə sürücü də maşından enib.
Hər iki şəxs avtomobildən düşdükdən sonra nəqliyyat vasitəsi qəfil hərəkətə gələrək dərəyə aşıb.
Qəza nəticəsində avtomobildə olan 1962-ci il təvəllüdlü Naqilə Həsənəliyeva ağır xəsarətlər alıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, hadisə nəticəsində həyatını itirən Naqilə Həsənəliyeva 1991-ci ildə, 6 yaşında şəhid olan Sirac Həsənəliyevin anasıdır.
Faktla bağlı araşdırma aparılır.
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var
Sumqayıt-Novxanı yolunda dəfələrlə ötməyə çıxan sürücü qəza törətdi - VİDEO
Bakıda iki “KamAZ” toqquşdu - Yaralılar var - FOTO - VİDEO
Bakıda ticarət mərkəzinin qarşısında QƏZA: 80 yaşlı kişi ÖLDÜ
Rusiyada ağır qəzada həlak olan azərbaycanlıların FOTOSU - YENİLƏNİB
Bakıda “Toyota” divara çırpılıb aşdı - VİDEO
Ağır qəzada həlak olan hərbçimiz yeni ata olubmuş - FOTO
Bərdədə ağır qəzada həlak olan iki dostun FOTOsu
Bakıda bir-birinə yol verməyən avtomobillər TOQQUŞDU - VİDEO
Güzgüyə baxmadan manevr edən sürücü qəzaya səbəb oldu - VİDEO
Bakıda sürücü piyadanı vurmaqdan son anda YAYINDI - VİDEO












