Paytaxtda avtomobil 34 yaşlı kişini vurub
Qəzalar
27 Oktyabr 2021 08:27
Oxunub 1268

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. 1987-ci il təvəllüdlü İbrahimov Kamran Telman oğlu piyadalar üçün nəzərdə tutulmayan yerdən yolu keçərkən onu avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













