“Peugeot” ilə toqquşan “Tofaş” bu vəziyyətə düşdü: 1 ölü, 9 yaralı - FOTOLAR

Türkiyənin Gümüşhane bölgəsində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə avqustuna 7-də Torul rayonunda qeydə alınıb.
Məlumata görə, Bayram Ayvaz (50) idarə etdiyi 28-TA-404 dövlət qeydiyyat nişanlı “Tofaş” markalı minik avtomobili, eyni istiqamətdə hərəkətdə olan Fərhad Bulut (43) idarə etdiyi 81–ADV-236 dövlət qeydiyyat nişanlı “Peugeot” markalı minik avtomobili ilə yol qovşağında toqquşub.
Zərbənin təsirindən “Tofaş” sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı istiqamətverici lövhəyə çırpılaraq deformasiyaya uğrayıb, “Peugeot”un isə sol ön hisəsi əzilib.
Nəticədə 3 uşaq olmaqla 10 nəfər xəsarət alıb.
Yaralılar, hadisə yerinə cəlb edilən ambulanslarla Torul Dövlət Xəstəxanası ilə Gümüşhane Dövlət Xəstəxanasına aparılıblar.
Qəzada deformasiyaya uğrayan “Tofaş”da sərnişin qismində və ağır yaralı olan Əhməd Ayvaz, həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişib.
Hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
Namiq Musayev



Bakı-Qazax yolunda ağır QƏZA - AVTOBUS AŞDI - VİDEO
Qubada AĞIR QƏZA: Ölən var - YENİLƏNİB
Qazaxda AĞIR QƏZA: İki qardaş...- FOTO - YENİLƏNİB
Şahbuzda ağır qəza - 3 ölü, 9 yaralı var
Aydında polis avtomobili ilə minik maşını toqquşub: İki yaralı - FOTO
Badamdar şosesində “Prius” bordürdən-bordürə çırpıldı - ANBAAN VİDEO
Skuter sürücüləri ilə bağlı təhlükəli görüntülər YAYILDI - DİN-dən XƏBƏRDARLIQ - VİDEO
Yanacaq daşıyan avtomobil qəza törətdi - FOTO - VİDEO
Özəl klinikanın ambulansı qəzaya düşdü - VİDEO
32 ton tutumu olan maşına 66 ton yük yığdılar - Yol polisi SAXLADI - VİDEO
DYP Bakıda qadının öldüyü qəzanın videosunu yaydı - ANBAAN VİDEO










