Piyada keçidindən keçmədi, maşın vurub öldürdü - FOTOLAR

Aeroport yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, yolu keçmək istəyən təxminən 25-27 yaşlarındakı gənc oğlan sürətlə hərəkət edən “Mercedes” markalı avtomobil tərəfindən vurulub. Qəza nəticəsində piyada hadisə yerindəcə keçinib. Əraziyə Dövlət Yol Polisinin Sabunçu Rayon Şöbəsinin əməkdaşları gəliblər. Meyit şəxsiyyətinin müəyyən edilməsi üçün morqa aparılıb. Piyadanı vuran “Mercedes”in sürücüsü polis tərəfindən saxlanılaraq ifadəsinin alınması üçün idarəyə aparılıb.
Qeyd edək ki, qəza piyada keçidinin düz yanında baş verib. Həyatından olan gənc piyada keçidindən istifadə etmək əvəzinə cəld yolu keçmək istəyib və bu zaman sürətlə gələn maşın tərəfindən vurulub. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
















