Piyada Sumqayıt şossesində qəza törətdi - VİDEO

Paytaxtın Binəqədi rayonunda 3 avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb. ANS-in məlumatına görə, qəza Bakı-Sumqayıt şossesinin Biləcəri qəsəbsinə düşən ərazisində baş verib. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomaşınlara ciddi ziyan dəyib. Avtoqəza zamanı “Toyota” markalı avtomaşının qarşısına piyada çıxdığından sürücü qəfil əyləc sistemindən istifadə edib. Nəticədə arxadan gələn “QAZ 31” markalı avtomaşın “Toyota”ya çırpılıb. Zərbənin təsirindən isə “QAZ 31”in yanacaq çəni zədələnib. Və benzin yola dağılıb. Bundan sonra “Nissan” markalı avtomaşın da öz növbəsində “QAZ 31”ə çırpılıb. Qəza baş verən yolda sıxlıq müşahidə olunub. Daha sonra əraziyə dərhal yol polis əməkdaşları cəlb olunub. Yolda avtomobillərin hərəkəti tənzimlənib. Avtomaşınlar isə evakuator vasitəsilə cərimə meydançasına aparılıb. Artıq baş vermiş hadisə ilə bağlı araşdırmalar aparılır. Hadisənin dəqiq hansı səbəbdən baş verdiyi, təyin olunan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












