Polis əməkdaşı ailəsi ilə qəzaya düşdü: ölən var

Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Şəmkir rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb. Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü Orxan Aslanov idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil Şəmkir rayon sakini, 1952-ci il təvəllüdlü Saleh Hüseynovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Hadisə zamanı 62 yaşlı S.Hüseynov dünyasını dəyişib. “Hyundai Sonata”nın sürücüsü, onun anası, atası və həyat yoldaşı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər yaralıların vəziyyətini orta ağır olduğunu bildirirlər. Məlumata görə, Orxan Aslanov Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsində polis nəfəri işləyir.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












