Qaradağda ağır yol qəzası: ölən və xəsarət alan var - FOTO

Qaradağ rayonu Ümid qəsəbəsi ərazisində piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər veirr ki, bu gün, saat 13:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisindən keçən hissəsində Ordubad rayon sakini Nəcəfli Damət Elşad oğlunun idarə etdiyi “Renault” markalı, 77-CV-128 dövlət qeydiyyat nişanlı avtomobil yolu nəzərdə tutulmayan yerdən keçən 1960-cı il təvəllüdlü Əsgərova Tahirə Mirzə qızını vurub. Piyada hadisə yerində həyatını itirib.
Qəzadan sonra “Renault” markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan 99-UB-743 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı, 10-VM-056 dövlət qeydiyyat nişanlı “MITSUBİSHİ” markalı və 77-MG-570 dövlət qeydiyyat nişanlı “Opel” markalı nəqliyyat vasitələri zəncirvari toqquşub.
Toqquşma nəticəsində Hüseynov Rahim Nəriman oğlunun idarə etdiyi “Opel” markalı avtomobil yol kənarında dayanan Əlizadə Eminbəy Faiq oğlunu vurub. Xəsarət alan E.Əlizadə xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP və aidiyyəti qurumların əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY
Xırdalan dairəsində qəza: Moped “Chevrolet”lə toqquşub aşdı - VİDEO
Bərdədə tanınmış həkimin avtomobillə vurub öldürdüyü Fəridin FOTOsu
Qazaxda ikisi uşaq olmaqla dörd nəfərin öldüyü qəzanın səbəbi bu imiş... - VİDEO
















