Qaxda iki maşın toqquşdu, 5 nəfər yaralandı

Qaxda iki maşının toqquşması nəticəsində beş nəfər xəsarət alıb. Hadisə iyunn 25-dən 26-a keçən gecə Qax şəhəri, Nətavan küçəsində baş verib. Rayonun Qaxbaş kənd sakini, 1987-ci il təvəllüdlü Tərlan Fərman oğlu Bayramovun idarə etdiyi “Lada” markalı avtomobillə Zaqatala şəhər sakini, 1988-ci il təvəllüdlü Qurban Məmmədəli oğlu Süleymanovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub. Nəticəsində "Mercedes"in sürücüsü xəsarət almasa da, digər avtomobilin sürücüsü, onun sərnişinləri - Qax rayonu İlisu kənd sakinləri Nüşabə Baharova, qızı Bahar Baharlı, Qax şəhər sakini Məryəm Eyvazova və Əntiqə Şıxamirova xəsarət alaraq, Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
Qax RMX-dan APA TV-yə verilən məlumata görə, xəsarət alanların vəziyyətləri orta-stabil və orta-ağır hesab edilir. Fakla bağlı Qax RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












