Qəribə yol qəzası: maşınlar və yaralılar “yoxa çıxdı”

Bakının Binəqədi rayonu ərazisində qəribə yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Hökməli dairəsində qeydə alınıb. “Shacman” markalı yük maşını dairədə “Mercedes” və “Azsamand” markalı minik avtomobillərini vurub. Qəzadan dərhal sonra “Shacman” və “Mercedes”, eləcə də, sayı hələ dəqiq məlum olmayan yaralılar hadisə yerindən uzaqlaşdırılıb. Ərazidə yalnız “Azsamand” və yaralılara məxsus olduğu ehtimal edilən ayaqqabılar qalıb. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə gəlsələr də, nə maşınları və sürücüləri, nə də yaralıları tapa biliblər. Dövlət Yol Polisi İdarəsi qəzaya uğrayan avtomobillərin axtarışına başlayıb. Səhərə yaxın isə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub ki, xəstəxanaya yıxıldığı bildirilən yaralı gətirilib. Lakin onun xəsarətləri yıxılmağa yox, yol qəzasına daha çox uyğun gəlib. İstintaqçılar həmin şəxsin məhz Hökməli dairəsindəki qəzada xəsarət aldığını ehtimal edirlər. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












