Qeyri-adi qəza; qayadan qopan daş parçaları “Opel”i əzdi - FOTO

Dünən axşam saatlarında Quba rayonu ərazisində baş verən iki yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər xəsarət alıb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Quba-Xınalıq yolunun 22-ci km-də, rayonun Küsnətqazma kəndi ərazisində qeydə alınan qəzada 4 nəfər xəsarət alıb. Qayadan qopan iri daş parçaları 53 yaşlı Quba rayon sakini, Səftər Bağırovun idarə etdiyi “Opel” markalı maşına çırpılıb. Xəsarət alan şəxslər Quba Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. İlkin tibbi yardımdan sonra onlar ambulator müalicə üçün evə buraxılıb.
Quba-Xaçmaz yolunun 8-ci km-də, Quba rayon sakini 48 yaşlı Elxan Haşımovun idarə etdiyi “Naz-Lifan” markalı avtomaşının ağaca çırpılması nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alan 2 nəfər sərnişin Quba MRX-ya yerləşdirilib. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Hər iki faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO














