Qəza törədən sürücüsü yaralı qadını atıb qaçdı

Ötən gecə Bakının Nəsimi rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qəza Tbilisi prospektində qeydə alınıb. "Mercedes" markalı avtomobilin sürücüsü Əbdülvəhab Salami küçəsi ilə yüksək sürətlə hərəkətdə olan zaman əsas yola çıxmaq istəyib. Bu zaman sürücü idarəetməni itirərək maşını beton arakəsməyə çırpılıb. Sürücü qəzadan sonra hadisə yerini tərk edib. Maşında olan qadın sərnişin isə xəsarət alıb və təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Qəzadan sonra Tbilisi prospektində avtomobillərin hərəkətində sıxlıq müşahidə olunub. Qəzanın dəqiq səbəbi avtotexniki ekspetzianın rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












