Qonaq gedən ailə qəzaya düşdü: Ər və arvad hadisə yerində öldülər - FOTO

Zaqatalada iki minik avtomobili toqquşub, ölənlər var.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a bildirilib ki, avqustun 23-də saat 18 radələrində Zaqatala rayonu ərazisində “Opel” markalı avtomobil “BMW” ilə toqquşduqdan sonra ağaca çırpılıb. Nəticədə “Opel” də olan sərnişinlər - 1979-cu il təvəllüdlü Telman Mirzəbəyov və 1987-ci il təvəllüdlü Sərcahan Musayeva aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
**
Zaqatalada iki minik avtomobili toqquşub, ölənlər var.
Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə axşam saat 18:30-da Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 122-ci kilometrliyində, Zaqatala rayonu Muxax kəndinin inzibati ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan "BMW" markalı 62 BP 419 dövlət nömrə nişanlı minik avtomobili ilə rayonun Əliabad qəsəbə sakini qadının idarə etdiyi "Opel" markalı 99 SF 186 dövlət nömrə nişanlı minik avtomobili toqquşub.
Qəzadan sonra "Opel" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. "Opel" markalı avtomobilin sərnişinləri, rayonun Əliabad qəsəbə sakinləri olan 1979-cu il təvəllüdlü Telman Mirzəbəyov və 1987-ci il təvəllüdlü Sərcahan Musayeva aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
"Opel" markalı avtomobilin sürücüsü və maşında olan daha iki nəfərin xəsarət aldığı bildirilir. Əldə olunan məlumata görə, "Opel" markalı avtomobildə olan şəxslər rayonun Muxax kəndinə qonaq gedirlərmiş.
Qəza zamanı həyatını itirən şəxslərin ölümünün dəqiq səbəbinə aydınlıq gətirilməsi üçün meyitlər Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
**
Zaqatalada iki minik avtomobili toqquşub, ölənlər var. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə axşam saat 18:30-da Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonu “Şimşək” adlanan ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, hərəkətdə olan iki minik avtomobili toqquşub. Baş vermiş qəza zamanı iki nəfər hadisə yerində ölüb və yaralıların olduğu bildirilir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb edilib.
Bakıda ara məsafəsini gözləməyən sürücü öndəki avtomobili vurdu - VİDEO
Əyləclə qazı səhv salan xanım sürücü maşını aşırdı - VİDEO
Qəzaya səbəb olub bir neçə avtomobilə ziyan vuran sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Bu ölkədə hər 3 dəqiqədə 1 nəfər yol qəzalarında həyatlarını itirir - FOTO - VİDEO
Skuter və motosiklet toqquşdu; hər iki sürücü ağır yaralandı - VİDEO
Paytaxtda “QAZel”in yük yeri dağıldı, kartoflar yola səpələndi - VİDEO
Bakıda “KamAZ”la toqquşan avtomobil aşdı - ANBAAN VİDEO
Qəzaya səbəb olan polis avtomobilinin sürücüsü hadisə yerindən qaçdı - VİDEO
Xaçmazda iki maşın toqquşdu, bir nəfər xəstəxanalıq oldu - VİDEO
İsmayıllıda ağır qəza: ÖLƏN VAR - FOTO
Sabirabadda ağır yol qəzası baş verib - 3 ölü, 5 yaralı - FOTOLAR

















