Restorandan çıxıb bərk getdilər; ölən və yaralanan oldu - VİDEO

Binəqədi rayonunda 1 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. ANS-in məlumatına görə, gecə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində ölümlə nəticələnən dəhşətli yol qəzası qeydə alınıb. Qəza zamanı “VAZ 2107” markalı avtomobilin sürücüsü 23 yaşlı Hüseyn Bəylərov idarəetməni itirərək maşını yol kənarındakı işıq dirəyinə çırpıb. Hadisə şahidlərinin dediyinə görə, avtomaşında olanlar yaxınlıqdakı restorandan çıxıb, yüksək sürətlə gələrkən yolun əks tərəfindəki işıq dirəyinə çırpılıb. Baş vermiş avtoqəza nəticəsində 5 nəfər ağır bədən xəsarətləri alaraq təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırlıb. Sürücü Hüseyn Bəylərov isə elə hadisə yerindəcə dünyasını dəyişib. Daha sonra əraziyə yol polis patrul xidmətinin əməkdaşları cəlb olunub. Yolda avtomobillərin hərəkəti tənzimlənib. Zərbə o qədər güclü olub ki avtomaşın yararsız hala düşüb. Yanacaq ətrafa dağılıb. Deformasiyaya uğramış avtomobil evakuator vasitəsilə cərimə meydançasına aparılıb. Baş vermiş hadisə ilə bağlı artıq cinayət işi başlanılıb. Qəzanın dəqiq səbəbləri sərnişinlərin dindirilməsindən sonra məlum olacaq. Faktla bağlı araşdırmalar aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












