Rusiyada aviasiya qəzası baş verib, ölən və yaralananlar var

Başqırdıstan Respublikasının Blaqoveşensk rayonunun Karaqaykul kəndi yaxınlığında göyərtəsində üç nəfərin olduğu helikopter sərt eniş edib.
Avtosfer.az-ın xəbərinə görə, Privoljsk şəhərinin Nəqliyyat Prokurorluğu rəsmi teleqram kanalında bildirib ki, hadisənin səbəbləri və zərərçəkənlər barədə məlumatlar dəqiqləşdirilir.
"İlkin məlumatlara görə, şəxsi helikopter Ufa - Pavlovka marşrutu ilə uçub. Təyyarənin göyərtəsində 3 nəfər olub. Helikopter Başqırdıstan Respublikasının Blaqoveşensk vilayətinin Karaqaykul qəsəbəsindən 4 km aralıda sərt eniş edib.
Hadisənin səbəbləri və zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir”, - deyə prokurorluqdan bildirilib.
Privoljsk şəhərinin nəqliyyat prokuroru Dmitri Konoşanın tapşırığına əsasən, Ufa Nəqliyyat Prokurorluğu yanvarın 6-da yerli vaxtla saat 23:20 radələrində AS350 helikopterinin təcili enişi ilə bağlı uçuşların təhlükəsizliyini yoxlayıb.
Ufanın nəqliyyat prokuroru və Rusiya İstintaq Komitəsinin Başqırdıstan Respublikası üzrə müstəntiqləri və xilasetmə xidmətlərinin əməkdaşları hadisə yerinə gedib.
Rusiyanın digər mətbu orqanları isə hadisə zamanı ölən və yaralananların olduğunu açıqlayıb. “İlkin məlumata görə, Başqırdıstanda şəxsi helikopterin sərt enişi zamanı bir nəfər ölüb, daha iki nəfər yaralanıb”, - yerli KİV-də yayılan xəbərdə qeyd edilir.
Report
Yevlaxda AĞIR QƏZA: 2 nəfər öldü
İsmayıllıda ağır qəzada 4 nəfər yaralandı: Traktor ikiyə bölündü - VİDEO
Bakıda ağır qəza baş verdi
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR












