Biznesmenin öldüyü qəza ilə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB - FOTO - VİDEO

Daxili İşlər Nazirliyi Bərdədə baş verən qəza ilə bağlı məlumat yayıb.
Avtosfer.az xəbər verir ki, məlumatda bildirilir:
"Mayın 17-də saat 18 radələrində Bərdə rayonunun Qarayusifli kəndi ərazisində Hacallı kənd sakini Cəlil Hacıyev idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb. Nəticədə sürücü Qarabağ kanalına düşərək ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır".
***
Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, ötən axşam rayonun Qarayusifli kəndində baş verən qəzada sahibkar Cəlil Hacıyev dünyasını dəyişib.
Belə ki, o, 09-AA-055 dövlət qeydiyyat nişanlı “Toyota Land Cruiser” markalı avtomobillə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Sürücü hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, ölən şəxs fermerdir və dəvə təsərrüfatı ilə məşğul olurmuş.
Faktla bağlı araşdırma aparılır.


“Qafqazinfo”
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR
Zığ yolunun bağlanmasına səbəb olan dəhşətli qəzanın anbaan VİDEOsu
Bakı-Quba yolunda qəza: Ölən var
Binədə qəza: “Chevrolet” sərnişin avtobusuna çırpıldı - VİDEO
Şamaxıda ağır QƏZA - VİDEO
Döngədə idarəetmədən çıxan “KIA” işıq dirəyini və dəmir maneələri dağıtdı; sürücü yaralandı - VİDEO
Bakıda qəza nəticəsində bağlanan yol açıldı - YENİLƏNİB
Naxçıvanda avtomobil AŞDI: Beş nəfər xəsarət aldı - FOTO
Hövsanda motosiklet “Mercedes”ə çırpıldı, sürücü bir neçə metr kənara düşdü - REAL VİDEO












