DİN Sabirabadda qatar vuran şəxslə bağlı məlumat yayıb - YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) Sabirabadda qatarın vurduğu şəxslə bağlı məlumat yayıb.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, 25.05.2022-ci il tarixdə saat 03:30-da Şirvan-Astara dəmir yolu xəttinin Sabirabad rayonu Çiçəkli kəndi ərazisindən keçən hissəsinin 29-cu kilometrliyində təxminən 35-40 yaşlarında kişini qatar vurub.
Qatar vuran şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Aparılan araşdırmalar zamanı həmin şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Onu tanıyanlardan 0125902779 və 0705912123 telefon nömrələrinə zəng edərək Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Şirvan Stansiyasında Xətt Polis Bölməsinə zəng edərək məlumat vermələri xahiş olunur.
***
14.19
Sabirabadda qatar yolu keçən şəxsi vurub.
APA-nın məlumatına görə, hadisə Sabirabad rayonunun Çiçəkli kəndində qeydə alınıb. Qatar dəmir yolunu keçmək istəyən şəxsi vurub. Kimliyi məlum olmayan şəxs komatoz vəziyyətdə Salyan xəstəxanasına yerləşdirilib.
Vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Dəmir yolu nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.
Bakıda ağır qəza baş verdi
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB













