Banner

Samuxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Qəzalar 17 Avqust 2021 22:06 Oxunub 1146
Samuxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Samux rayon Çobanabdallı kəndində avtomobilin vurduğu piyada yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Avqustun 16-da axşam saatlarında Samux rayon Çobanabdallı kəndində avtomobil, 1997-ci il təvəllüdlü R.Fərzəliyevi vurub.

O, ağır xəsarətlərlə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.///report

ŞƏRH YAZ
Ad

E-mail

Şərh