Sarayda maşın aşıb bu hala düşdü - VİDEO

Bakı-Quba yolunda yol qəzası baş verib. Hadisə zamanı iki minik maşını toqquşub ki, onlardan biri sonradan yoldan çıxaraq aşıb. ANS-in məlumatına görə, yol nəqliyyat hadisəsi Bakı- Quba yolunun 25-ci kilometrliyində üzü Sumqayıt şəhərinə gedən istiqamətdə baş verib. Saray qəsəbədən çıxan “Mersedes” markalı avtomaşın əsas yola daxil olmaq istəyib. Bu zaman həmin nəqliyyat vasitəsi əsas yolla gələn eyni markalı avtomşınla toqquşub. Zərbənin təsirindən avtomaşın yoldan çıxıb və yol kənarındakı dəmir çəpərlərə dəyib. Qəza zamanı sərnişinlər arasında xəsarət alan olmasa da nəqliyyat vasitələri yararsız vəziyyətə düşüb. Eyni zamanda qəzadan sonra BakI-Sumqayıt yolunun hadisə baş verən hissəsində nəqliyyatın hərəkətində problem yaranıb. Hadisə yerinə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları gəliblər. Hər iki avtomobil evakuator vasitə ilə hadisə yerindən uzaqlaşdırılıb. Bundan sonra yolda nəqliyyatın hərəkəti əvvəlki vəziyyətinə qayıdıb. Hadisənin baş vermə səbəblərinə qəza ilə bağlı başlanan araşdırmalardan sonra aydınlıq gətiriləcək.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












