Şəkidə "Kia" və "VAZ-2107" toqquşub, xəsarət alanlar var
Qəzalar
10 Avqust 2021 11:32
Oxunub 670

Şəki şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, hadisə şəhərin Sabit Rəhman küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Kia" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













