Şəkidə yük maşını “Opel”lə toquşdu: 2 ölü, 3 yaralı - FOTO

Şəkidə baş verən ağır yol qəzasında iki nəfər ölüb.
"Report"un məlumatına görə, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Şəki rayonu Çayqaraqoyunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan Zaqatala rayonu, Mosul kənd sakini Ramin Abdullayevin idarə etdiyi “Opel” markalı minik avtomobili Həsən Ağahəsən oğlu Məhəmmədovun idarə etdiyi “Man” markalı yük maşınına çırpılıb. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan sürücü Ramin Abdullayev və avtomobildə olan bir nəfər qadın sərnişin hadisə yerində həyatını itiriblər.
Qəzadan sonra avtomobildə sıxılmış vəziyyətdə qalan hər iki meyit FHN-nin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə hadisə yerinə çağırılmış həkim briqadasına təhvil verilib. Minik avtomobilində olan daha üç sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar isə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR

















