Şəmkirdə ağır avtomobil qəzası olub, ölənlər və yaralılar var

Şəmkir-Gədəbəy avtomobil yolunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Şəmkir-Gədəbəy avtomobil yolunun Şəmkir rayon Qasımalılar kənd ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1977-ci il təvəllüdlü Tağıyev Rəşad Bəhram oğlunun idarə etdiyi "Ford” markalı avtomobil, 1986-cı il təvəllüdlü Pirməmmədov Adil Hətəm oğlunun idarə etdiyi "İnfiniti" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində "Ford" markalı avtomobildə olan iki sərnişin, 1961-ci il təvəllüdlü Tağıyeva Familə Bəhram qızı və 1954-cü il təvəllüdlü Qasımova Ofeliya Əliş qızı hadisə yerində dünyasını dəyişib. "Ford" markalı avtomobilin sürücüsü R.Tağıyev, digər sərnişinləri, 1984-cü il təvəllüdlü Qasımova Xəyalə və 12 yaşında qız uşağı xəsarət alıb və hadisə yerinə çağırılan təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar.
Digər avtomobildə olan 3 nəfərdən xəsarət alan olmadığı bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3 (yol-nəqliyyat hadisəsi zamanı iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












