Etibarnaməsi və sürücülük vəsiqəsi olmayanlar qəza törətdi: Ailə faciəsi yaşandı

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisindən (DYP) Avtosfer.az-a verilən məlumata görə, hadisə rayonun Xanqərvənd kəndi ərazisində qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü Abbasov Pərviz Rəfi oğlunun etibarnamə olmadan idarə etdiyi “NAZ LİFAN” markalı, 26-BC-131 dövlət qeydiyyat nişanlı avtomobillə, 1999-cu il təvəllüdlü Nuruzadə İlkin Ələsgər oğlunun sürücülük hüququ olmadan idarə etdiyi “Mercedes-Benz” markalı, 90-ST-280 dövlət qeydiyyat nişanlı və 1971-ci il təvəllüdlü Hüseynov Arif Əjdər oğlunun idarə etdiyi eyni markalı, 10-RX-059 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri toqquşub.
Nəticədə “NAZ LİFAN” markalı avtomobilin sürücüsü P.Abbasov ölüb, avtomobildə olan sərnişinlər: həyat yoldaşı 1993-cü il təvəllüdlü Allahverdiyeva Məhəbbət Elçin qızı, qızları 2013-cü il təvəllüdlü Kəmalə, 2015-ci il təvəllüdlü Sevda və oğlu 2019-cu il təvəllüdlü Abbas, eləcə də digər nəqliyyat vasitəsində olan sərnişin 2001-ci il təvəllüdlü Hüseynov Vüqar İlqar oğlu xəsarətlər alıblar.
Emin
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO













