Sərt döngədə sürəti düz seçmədi, 3 nəfər ÖLDÜ - Kürdəmirdəki qəzanın detalları - FOTO

Baş Dövlət Yol Polisi İdarəsi Zərdab rayonunda baş vermiş dəhşətli yol qəzası ilə bağlı açıqlama verib.
İdarədən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilb ki, avqustun 9-u saat 23:00 radələrində Zərdabın Gəndəbil kəndinin ərazisində əslən Ağcabədi rayonundan olan 1986-cı il təvəllüdlü Niyaməddin Eyvaz oğlu Quliyev qəza törədib.
O, idarə etdiyi "VGV U75 Plus" markalı 77-YE-816 dövlət qeydiyyat nişanlı avtomobillə yoldan çıxaraq ağaca çırpılıb.
Hadisə sürücünün sərt döngədə sürəti yola və hava şəraitinə uyğun seçməməsi səbəbindən baş verib.
Qeyd edək ki, Niyaməddin Quliyev ailə üzvləri, qızı və digər yaxın qohumları ilə birlikdə yeni dünyaya gələn qardaşı nəvəsini görməyə gedirmiş. Sürücünün səhlənkarlığı, diqqətsizliyi və yol şəraitini düzgün qiymətləndirə bilməməsi faciəvi qəzanın baş verməsinə gətirib çıxarıb.
Həmin hadisədə N.Quliyevin qızı 2011-ci il təvəllüdlü Xədicə Quliyeva və qohumu 2000-ci il təvəllüdlü Ayşən Məhərrəm qızı Quliyeva hadisə yerində dünyasını dəyişiblər. Sürücünün özü və digər sərnişinlər (qızları Həcər 2017-ci il təvəllüdlü Röya, digər qohumları 2021- ci il təvəllüdlü Mədinə Bəhruz qızı Quliyeva, 1989-cu il təvəllüdlü Tünzalə Aydın qızı Quliyeva, qardaşı 1980-cı il təvəllüdlü İlqar və 2012-ci il təvəllüdlü Lalə Ramil qızı Vəliyeva) xəstəxanaya yerləşdiriliblər. Ümumilikdə, həmin hadisə zamanı 2 nəfər dünyasını dəyişib, 7 nəfər xəsarət alıb.
Qeyd edək ki, xəstəxanaya yerləşdirilən 3 yaşlı Mədinə Bəhruz qızı Quliyeva bu gün səhər saatlarında dünyasını dəyişib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə səslənərək günün qaranlıq saatlarında daha diqqətli olmalarını, sürət həddini yol və hava şəraitinə uyğun seçmələrini, o cümlədən yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etmələrini bildirir.
Könül Rauf
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR

























