Sumqayıtda baş verən yol qəzasında sürücü xəsarət alıb

Qəzalar 31 May 2021 23:05
Sumqayıtda baş verən yol qəzasında sürücü xəsarət alıb
WhatsApp kanalımıza abunə olun

Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Sülh prospektində qeydə alınıb.
“Ford Fusion” markalı minik avtomobilinin sürücüsü avtomobili sürətlə idarə edərək ərazidə olan bir neçə avtomobilə çırpıb. Qəza zamanı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Əliyev Coşqun Lətif oğlu kəllə-beyin travması alaraq Sumqayıt Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///Apa

Oxunub : 1018
ŞƏRH YAZ
Ad

E-mail

Şərh