Tovuzda qəza olub, xəsarət alanlar var

Qəzalar 14 Oktyabr 2021 19:28
Tovuzda qəza olub, xəsarət alanlar var
WhatsApp kanalımıza abunə olun

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonda yerləşən şadlıq sarayların birinin qarşısında qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 1983-cü il təvəllüdlü İsmayılov Furiddin, 1970-ci il təvəllüdlü Məmmədov Altay və bir nəfər də Türkiyə vətəndaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralıların vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Oxunub : 1706
ŞƏRH YAZ
Ad

E-mail

Şərh