Toyda “avtoşluq” edib kanala düşən sürücüylə bağlı DİN-dən AÇIQLAMA - VİDEO - YENİLƏNİB

İmişlidə toy karvanında yol qəzası qeydə alınıb. Avtosfer.az xəbər verir ki, hadisənin görüntüsü sosial şəbəkədə müzakirələrə səbəb olub. Belə ki, 10-ES-688 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına düşüb.
Şahidlərin iddiasına görə, qəzaya səbəb sürücünün yolda sərt manevr etməsi olub. Hadisə zamanı sürücü və sərnişin yüngül xəsarət alsa da, maşın yararsız vəziyyətə düşüb. Hadisə yerinə Təcili Tibbi Yardım və DYP əməkdaşları cəlb olunub.
Qeyd edək ki, videoda görüntülənən sürücülərin növbəylə kobud qayda pozduqları iddia edilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan yol-nəqliyyat hadisəsi cari ilin iyun ayının 14-də İmişli rayonunun Murğuzallı kəndi ərazisində baş verib. Rayonun Cahar kənd sakini M.Abdullayev sürücülük vəsiqəsi olmadan idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman idarəetməni itirib və nəticədə avtomobil kanala aşıb. Hadisə nəticəsində avtomobildə olan iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılıb və qanunvericiliyə uyğun olaraq tədbir görülüb.
Nərmin
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












