«VAZ»-la «Mercedes» toqquşdu: sürücü və sərnişin yanaraq öldü

Ağdaşda dəhşətli yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı Şamaxı Yevlax yolunun 256-cı kilometrliyində, Ağdaş rayonu ərazisində vətəndaşlara məxsus "VAZ" və "Mercedes" markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol nəqliyyat qəza hadisəsi baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü və sərnişini aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər. "Mercedes" markalı minik avtomobilin yanar hissələri yanmış, sürücü müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürənlər hadisə yerinə çatana kimi TTYX tərəfindən aidiyyatı üzrə aparılıb. Yanğınsöndürənlər minik avtomobilini söndürmüş, yanğınsöndürən-xilasedicilər meyitləri avtomobildən təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyətı üzrə təhvil veriblər.
Nurlan
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












