Vəzifəli şəxsin oğlu dəhşətli qəzada öldü - FOTO

Dünən Şabran rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, Bakı-Quba yolunun 110-cu kilometrliyində "Kamaz" markalı yük maşınına çırpılan "Mercedes"i Bakı sakini, 34 yaşlı Sənan Quliyev idarə edirmiş. O, hadisə yerindəcə keçinib. Avtomobildə olan sürücünün dostu Əfqan Əsgərovun isə ayaqları sınıb. Lent.az-ın əldə etdiyi digərməlumata görə, dəhşətli qəzada ölən 34 yaşlı S.Quliev Səbail rayonunda yerləşən 49 saylı "İntellekt" məktəb-liseyin direktoru, əməkdar müəllim Təhminə Əsədovanın oğludur. S.Quliyev subay olub. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
*****
Bu gün Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın 110-cu km-də, Şabran rayonu ərazisində qeydə alınıb. 10 SA 013 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını ilə 85 BS 389 dövlət nömrə nişanlı yük avtomaşını toqquşub. Qəza nəticəsində “Mercedes”in sürücüsü hadisə yerində ölüb. Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin köməyi ilə meyit deformasiyaya uğramış maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Maşında olan sərnişin isə ağır bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












