Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
Qəzalar
12 Avqust 2021 08:16
Oxunub 1362

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Avtosfer.az-ın verdiyi məlumata görə, hadisə Yalama kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini, avtomobil 1968-ci il təvəllüdlü piyada Cavid Atakişi oğlu Atakişiyevi vurub. O, hadisəni törədən sürücü tərəfindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













