Xanım sürücü idarə etdiyi maşını aşırdı - FOTOLAR

Bakının Nobel prospektində yol nəqliyyat hadisəsi qeydə alınıb. Qəza zamanı üzü şəhər istiqamətindən Zığ şossesinə doğru hərəkətdə olan xanım sürücünün sükanı arxasında əyləşdiyi “Seat” markalı avtomaşın idarətmənin itirilməsi nəticəsində yoldan çıxıb. Nəqliyyat vasitəsi “NZS” qəsəbəsinə doğru dönmək istəyən zaman əvvəlcə yol ayrıcında quraşdırılan üzərində təhlükəsizlik kamerası olan dirəyə çırpılıb. Bundan sonra isə avtomaşın yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü xəsarət almasa da, nəqliyyat vasitəsində olan iki sərnişin yüngül dərəcəli bədən xəsarəti alıblar. Onlara hadisə yerindəcə tibbi yardım göstərilib. Qəza nəticəsində avtomaşınla yanaşı təhlükəsizlik kamerası və dirək də aşaraq yararsız vəziyyətə düşüb. Hadisə yerində Xətai rayon polis idarəsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Sürücü isə şəxsiyyətinin dəqiqləşdirilməsi və izahatının alınması üçün idarəyə aparılıb.
Qəzanın baş vermə səbəblərinə araşdırmalardan sonra aydınlıq gətiriləcək.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO

















