Yasamalda vurulan piyada kəllə-beyin travması alıb
Qəzalar
18 Dekabr 2020 09:16
Oxunub 1282

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Avtomobil yolu keçən 1971-ci il təvəllüdlü İbişova Mehriban Simran qızını vurub.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













