Yasamalda yol qəzası baş verib - VİDEO
Qəzalar
2 Sentyabr 2014 02:07

Qəza nəticəsində xəsarət alan olmasa da yolda avtomobillərin hərəkətində sıxlıq yaranıb
Paytaxtın Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. ANS-in məlumatına görə, “Hyundai” markalı yük avtomobili sürücüsünün qəfil əyləc sistemindən istifadə etməsi arxadan hərəkət edən “Fiat” markalı maşına baha başa gəlib. “Fiat”ın sürücüsü Elxan Rüstəmov idarəetməni itirərək avtomobilini yük maşınının arxa hisəsinə çırpıb. Qəza nəticəsində xəsarət alan olmasa da yolda avtomobillərin hərəkətində sıxlıq yaranıb. Baş verən hadisədən dərhal sonra əraziyə yol polis əməkdaşları cəlb olunub. Yolda avtomobillərin hərəkəti tənzimlənib. Hadisənin dəqiq hansı səbəbdən baş verdiyi sürücülərdən alınan izahatlardan sonra məlum olacaq. Faktla bağlı araşdırmalara başlanılıb.
Oxunub : 2033
DİGƏR XƏBƏRLƏR
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
10 Oktyabr 2026 17:36
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
10 Oktyabr 2026 16:45
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
9 Oktyabr 2026 16:00
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
9 Oktyabr 2026 13:48
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
9 Oktyabr 2026 12:11
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
8 Oktyabr 2026 16:48
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
8 Oktyabr 2026 12:56
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
8 Oktyabr 2026 11:24
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
8 Oktyabr 2026 10:11
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
ŞƏRH YAZ












