Yevlax-Zaqatala yolunda ağır qəza: Ölən və yaranalan var - VİDEO

Yevlax-Zaqatala yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayımlanıb.
Qeyd olunub ki, Yevlax-Zaqatala yolunda oğullarının əsgər görüşündən qayıdan ailənin olduğu maşın TIR ilə toqquşub və hadisə nəticəsində iki nəfər həyatını itirib.
Baş vermiş hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) sorğu ünvanladıq.
İdarənin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.
O, qeyd edib ki, hadisə avqustun 11-də saat 13 radələrində Yevlax-Zaqatala yolunun 17-ci kilometrliyində, Çayqaraqoyunlu kəndi ərazisində baş verib.
"Zaqatala rayon sakini, 1986-cı il təvəllüdlü Rəmin Camal oğlu Abdullayevin idarə etdiyi "Opel" markalı, 99-DO-514 dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay rayon sakini, 1969-cu il təvəllüdlü Həsən Ağahəsən oğlu Məmmədovun idarə etdiyi MAN markalı, 99-JG-023 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub. Hadisə nəticəsində Rəmin Abdullayev və sərnişini, bibisi 1983-cü il təvəllüdlü Vüsalə Salam qızı İsmayılova hadisə yerində dünyasını dəyişiblər. Sürücünün bibisi qızı 2004-cü il təvəllüdlü Fərqanə İsrafil qızı İsmayılova isə xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilib.
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR












