Yevlaxda mikroavtobus traktorla toqquşub, 10-dan çox xəsarət alan var

Bakı-Qazax magistral yolunun Yevlax rayon ərazisindən keçən hissəsində mikroavtobus qəzaya düşüb, ilkin məlumata görə, qəza nəticəsində 10-dan çox xəsarət alan var.
Avtosfer.az-ın məlumatına görə, Goranboy rayonundan Bakı şəhərinə hərəkət edən "Ford" markalı mikroavtobus Yevlax rayon ərazisində traktorla toqquşub. Hadisə zamanı Goranboy rayon sakinləri: - 1981-ci il təvəllüdlü Zaur Kərimov, Qəşəm Məmmədov (1965-ci il təvəllüdlü), Abbas Abbasov (1984-cü il), Süsən Rzayeva (1979-cu il), Yeganə Daşdəmirova (1970-ci il), Ayxan Rzazadə (2000-ci il), Bəylər Rzayev (2004-cü il), Aynurə Quliyeva (1986-cı il) və daha bir neçə nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb, onların vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
"Report"
Bakıda yolu keçən qadını maşın vurub öldürdü - FOTO
Qusarda təcili yardım avtomobili qəzaya uğradı
Bakıda qəza: "Changan" yük maşınına çırpıldı - VİDEO
Sabirabadda qəza: “Hyundai” ilə toqquşan yük maşını aşdı - VİDEO
Misirdə yol qəzası baş verib, azı 16 nəfər öldü
Çində gül-çiçəkli QƏZA
Prospektdə sərnişin avtobusu avtomobillə toqquşdu - VİDEO
Ödənişli yolda aşan “BMW X7”də ölən Eltonun FOTOsu
Şirvanda qəza: “Mercedes”lə toqquşan “VAZ” aşdı - VİDEO
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı - VİDEO
Bakı-Sumqayıt yolunda ağır qəza: Tıxacın uzunluğu Dərnəgülə çatır - VİDEO










