Yol qəzasında ayağını itirən əlil sürücü ölüb - FOTOLAR

Bakıda baş verən yol qəzasında xəsarət almış sürücü ölüb. Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, 1961-ci il təvəllüdlü Rasim Quliyev aldığı ağır bədən xəsarətlərindən Klinik Tibbi Mərkəzdə vəfat edib. Hadisə bu gün səhərə yaxın baş verib. APA-nın məlumatına görə, hadisə Bakı-Şamaxı yolunun Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. İkinci qrup əlil, 53 yaşlı Rasim Quliyev idarə etdiyi "VAZ -2109" markalı avtomobillə Şamaxıdan paytaxt istiqamətində yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yol ayrıcına çırpıb. Zərbə güclü olduğundan avtomobil yol ayrıcını aşıraraq yolun əks istiqamətinə düşüb. Baş verən qəza nəticəsində sürücü Rasim Quliyev bir ayağını itirib. Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunublar. Yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. İlkin ehtimala görə, qəzanın baş verməsinə yüksək sürət səbəb olub. Faktla bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO

















