Yol qəzasında sürücü öldü

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Anspress-in məlumatına görə, hadisə Şabran rayonu ərazisində magistralın 110-cu km-də qeydə alınıb. 85 BS 389 dövlət nömrə nişanlı yük avtomaşını 10 SA 013 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində “Mercedes”in sürücüsü hadisə yerində ölüb. Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin köməyi ilə meyit deformasiyaya uğramış maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Maşında olan sərnişin isə ağır bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq başlanıb.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












