Yol terroru Hacıqabul və Şəmkirdə 2 can aldı

Hacıqabul rayonu ərazisində “Ford Tranzit” markalı avtomobillə Bakı şəhər sakini vurulub. Avtosfer.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə avqustun 18-də saat 21 radələrində baş verib. Hacıqabul rayonunun Padar kəndində Ağstafa rayon sakini Əkbər Dünyamalıyev idarə etdiyi “Ford Tranzit” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Əli Həsənovu vurub. Piyada hadisə yerində ölüb.
Şəmkir şəhərində isə 1 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol hadisəsi baş verib. Avqustun 18-də saat 22 radələrində Şəmkir şəhərinin ərazisində Orxan Aslanovun idarə etdiyi “Hyundai” və Saleh Hüseynovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. S.Hüseynov, O.Aslanov və sərnişinləri Zibeydə Aslanova, Tahir Aslanov, Nərgiz Aslanova xəstəxanaya yerləşdiriliblər. S.Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. Yaralı xəstəxanada keçinib. Hüquq-mühafizə orqnları hadisə ilə bağlı araşdırma aparır.
Nurlan
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












