Yolda aparılan təmir ağır qəzaya səbəb oldu - VİDEO

Təmirə bağlanan yolda “dayan” işarəsinin olmaması eyni anda üç avtomobilin yolun ortasına qoyulan beton maneələrə çırpılmasına səbəb olub. ANS-in məlumatına görə, ağır qəza ötən gecə paytaxtın Yasamal rayonu ərazisində dairəvi yolda baş verib. Qəza zamanı əvvəlcə Məhəmmədəli Əsgərov idarə etdiyi “Mercedes” markalı avtomobili ilə hərəkətdə olarkən yolda “dayan” işarəsi olmadığından beton məneələri görmədiyi üçün avtomobilini həmin yerə çırpıb. Bir az keçməmiş eyni hal həmin yolda bir-birlərinin arxası ilə hərəkətdə olan Həsəd Alışov və onun qardaşı Adəmin də başına gəlib. Onlar da idarə etdikləri “VAZ 2106” markalı avtomobillərini eyni anda beton maneələrə çırpıblar. Hadisə nəticəsində Adəm Alişov və onun avtomobilində olan üç nəfər sərnişin xəsarət alıblar. Yaralılara təcili tibbi yardım əməkdaşları tərəfindən ilkin tibbi yardım göstərilib. Hadisə yerinə Yasamal rayonu Dövlət Yol Polisinin əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












