Yük maşını yol kənarında duran piyadanı öldürdü

Siyəzən rayonunda yük avtomobili yol kənarında duran piyadanı vurub. ANS press-in məlumatına görə, hadisə gecə saatlarında Bakı-Quba yolunun 98-ci kilometrliyində, Rusiya ilə sərhəddə yaxın ərazidə baş verib. İmişli rayon sakini Elvin Mirzəyevin idarə etdiyi “Hova” markalı markalı yük maşını yoldan çıxaraq kənarda duran “Mersedes” markalı minik avtomobilinə dəyib. Daha sonra isə yük avtomobili yol kənarında dayanan rayon sakini Quliyev Səxavət Nazim oğlunu vurub. Qəza nəticəsində ağır bədən xərətləri alan piyada hadisə yerindəcə keçinib. Hadisə baş verən əraziya rayon yol polis idarəsinin əməkdaşları gəliblər. Onların sözlərinə görə, Elvin Mirzəyevin gecə saatlarında yolu yaxşı görməməsi nəticəsində qəza baş verib. Hadisə ilə bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












