Yuxulu halda “Kamaz” sürdü, “Mercedes” lə toqquşdu - FOTO

Sürücü səhlənkarlığı yolda hər zaman ciddi təhlükədir. Görülən tədbirlərə, aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də yorğun, yuxusuz halda sükan arxasına əyləşən sürücülərə rast gəlinir.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Avtosfer.az-a verdiyi məlumata görə, ötən gün, saat 22:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Ələt qəsəbəsindən keçən hissəsində Sabirabad rayon sakini Elmir Əhmədovun idarə etdiyi “Kamaz” markalı yük avtomobili qarşıda gedən “Mercedes” markalı mikroavtobusla toqquşub. Qəza nəticəsində mikroavtobusda olan bir azyaşlı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Yük avtomobilinin sürücüsünün yorğun, yuxusuz halda törətdiyi ehtimal olunan sözügedən yol qəzası bir daha deməyə əsas verir ki, sürücülərin istirahət etmədən sükan arxasına əyləşməsi onların özləri, doğmaları, eləcə də digər hərəkət iştirkçılarının həyat və sağlamlığı üçün hər zaman ciddi təhdiddir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları hərəkət zamanı istirahət rejiminə ciddi əməl etməyə, bunun üçün DYP-nin stasionar postlarında yaradılmış şəraitdən yararlanmağa çağırır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO














