Zaqatalada "011" və "Kamaz" toqquşdu, 2 nəfər öldü; xəsarət alanlar var - FOTO - VİDEO
Qəzalar
6 Avqust 2021 11:25

Zaqatalada minik avtomobili ilə yük maşını toqquşub. Hadisə bu gün saat 03:00 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 127-ci km-də baş verib. 1985-ci il təvəllüdlü, Zaqatala rayonunun Aşağı Tala kəndində yaşayan Fətəliyev Rəhman Nəriman oğlu idarə etdiyi "VAZ-21011" markalı 62-BO-011 dövlət qeydiyyat nişanlı avtomobil Zaqatala şəhəri Bayraq meydanı istiqamətindən Qax rayonu istiqamətində hərəkət edərkən əks hərəkət zolağına çıxaraq Qax rayonu istiqamətindən Zaqatala şəhəri Bayraq meydanı istiqamətində hərəkətdə olan 1980-ci il təvəllüdlü, Ağcabədi rayonunun Hacıbədəlli kəndində yaşayan Mamedov Eldəniz Məzahir oğlunun idarə etdiyi "KamAZ" markalı 04-BP-661 dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa hissəsinə çırpılıb.
Qəza nəticədə "VAZ-21011" markalı avtomobilin salonunda olan sərnişin 1995-ci il təvəllüdlü, Novxanı qəsəbəsi sakini Qurbanova Xatın Elxan qızı aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
"VAZ-21011" markalı avtomobilin sürücüsü Rəhman Fətəliyev, onun avtomobilində olan sərnişinlər - 1998-ci il təvəllüdlü Əhmədov Əhməd Vahid oğlu və 1991-ci il təvəllüdlü Ağayeva Sevinc Əsədullah qızı aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı tərəfimdən araşdırma aparılır.
Oxunub : 4346
DİGƏR XƏBƏRLƏR
11 Oktyabr 2026 18:22
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
10 Oktyabr 2026 22:00
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
10 Oktyabr 2026 18:45
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
10 Oktyabr 2026 18:11
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
10 Oktyabr 2026 17:36
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
10 Oktyabr 2026 16:45
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
9 Oktyabr 2026 16:00
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
9 Oktyabr 2026 13:48
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
9 Oktyabr 2026 12:11
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
8 Oktyabr 2026 16:48
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
8 Oktyabr 2026 12:56
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
8 Oktyabr 2026 11:24
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
ŞƏRH YAZ


















