Zəncirvari qəza ilə bağlı ŞİRKƏTDƏN AÇIQLAMA - Avtobus nasaz olub?

Bakıda baş verən zəncirvari qəzanın təfərrüatları bəlli olub.
165 nömrəli marşrutun avtodəstə rəisi Tağı Məmmədov Avtosfer.az-a açıqlamasında bildirib ki, həmin avtobusun sürücüsü servis avtomobili kimi Yasamal istiqamətində yaşayan xəttin digər sürücüləri ünvanlarına düşürüb.

“Gecə təqribən saat 12-yə qalmış avtobusunu park edib. Səhər saat 04:00-da da gəlib avtomobili götürməli idi. Sürücü evdə olarkən maşın yoxuşdan üzüaşağı hərəkət edib. Yəni, sürücü maşında olmayıb, öz-özünə hərəkət edib. Axşam polis əməkdaşları sürücünün izahatını alıblar. Alkotesterdən keçirilən sürücünün içkili olmadığı müəyyənləşib”.
Şirkət rəsmisi bildirib ki, avtobusun cərimə meydançasına yerləşdirilməsi səbəbilə hansısa texniki nasazlığın olub-olmaması məlumatı yoxdur.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Səfər
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY
Xırdalan dairəsində qəza: Moped “Chevrolet”lə toqquşub aşdı - VİDEO
Bərdədə tanınmış həkimin avtomobillə vurub öldürdüyü Fəridin FOTOsu
Qazaxda ikisi uşaq olmaqla dörd nəfərin öldüyü qəzanın səbəbi bu imiş... - VİDEO












