2026-cı ildə dünyanın ən yüksək maaşlı peşələri

2026-cı ilə gəldiyimizdə texnologiyadakı böyük sıçrayışlar və dəyişən dünya nizamı iş dünyasındakı tarazlığı tamamilə dəyişdirib. Bəzi peşələrdə çalışanların illik qazancları təxminən 1 milyon 180 min manata çataraq əsl sərvət qazananlara çevriliblər. Rəqəmsal dünyada pul axınını formalaşdıran bu sektorlar təklif etdikləri imkanlarla diqqəti cəlb edir.
Avtosfer.az dünyanın ən yüksək maaş alan və inanılmaz gəlir əldə edən peşələrini təqdim edir.
1.Maliyyə məsləhətçiləri
Siyahının ən başında nəhəng korporasiyaların və milyarderlərin pullarını idarə edən maliyyə məsləhətçiləri dayanır. Sadəcə düzgün maliyyə strategiyaları hazırlamaqla onlar ildə 637 min manatdan 1 milyon 180 min manata qədər böyük məbləğlər qazana bilərlər. Dünyanın ən böyük konsaltinq firmalarının yüksək vəzifəli rəhbərləri üçün bu rəqəm 900.000 dollara çatır.
2. Akturailər (risk ekspertləri)
Riyaziyyat və statistikadan istifadə edərək gələcək riskləri hesablayan aktuarlar maliyyə və sığorta dünyasında əsas fiqurlardır. Maliyyə itkilərini minimuma endirmək qabiliyyətləri sayəsində onların illik gəliri təxminn 500 min manatdan 637 min manat arasında dəyişir.
3. Psixiatrlar
Siyahıda zehni sağlamlıq və psixoloji proseslər üzrə ixtisaslaşmış psixiatrlar birinci yerdədir. Xüsusilə özəl klinikalarda və ya böyük mərkəzlərdə çalışan təcrübəli mütəxəssislər ildə təxminən 245 min manatdan 400 min manat arasında qazanc əldə edirlər.
4. Ortodontlar
Estetikaya artan maraq, dişlərin və çənələrin quruluşunu korreksiya edən ortodontları tibbin ən gəlirli sahələrindən birinə çevirib. Qlobal miqyasda bu mütəxəssislərin orta illik gəliri təxminən 270 min manata çatıb.
5. Anestizioloqlar
Cərrahiyyə əməliyyatları üçün əvəzolunmaz olan anestezioloqlar tibbi risklərin idarə olunmasındakı təcrübələri sayəsində milyonlarla dollarlıq maaş qazanırlar. Onlar sektorda ən yüksək maaş alan, gizli liderlər arasındadırlar.
6. Dəniz neft platforması mühəndisi
Nəhəng neft platformalarında çətin şəraitdə çalışan baş mühəndislər, sədaqətlərinə görə ildə orta hesabla 243 min manat qazanırlar.
7. Süni intellekt inkiaf etdiriciləri
Texnoloji dövrün mərkəzində yerləşən süni intellekt sahəsini mənimsəmiş mütəxəssislər hər il təxminən 190 min manat, hətta ilkin səviyyədən bir qədər yüksək qazana bilərlər.
8. Vəkillər
Xüsusilə tibbi hüquq və kommersiya məhkəmə işləri kimi spesifik sahələrdə ixtisaslaşmış yüksək səviyyəli vəkillər üçün qazanc limiti demək olar ki, yoxdur. Böyük qlobal işlərlə məşğul olan vəkilin orta illik gəliri təxminən 195 min manatdır. (Lent.az)
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT
Məcburi dövlət sosial sığorta haqqı ilə bağlı təklif edilən dəyişikliklər pensiya mühitini pisləşdrəcək - İQTİSADÇI - VİDEO
Azərbaycan gənci belə təxribatlara həmişə “yox” deməlidir - DEPUTAT
Bu şəxslərə lotoreya ilə evlər veriləcək- ŞAD XƏBƏR
Məişət zorakılıqlarının qarşısını necə almaq olar? - AÇIQLAMA
Məhkumların cəmiyyətə inteqrasiyası; qanunvericilikdə nələr dəyişdirilməlidir? - AÇIQLAMA
Manat-dollar nisbəti 1,70-dən nə vaxt “çıxa” bilər? - Ekspertdən devalvasiya ilə bağlı AÇIQLAMA
TƏBİB-in sistemi çökdü - Nazirlik məlumat yaydı












