25 min abonentin su təchizatı fasiləsiz rejimə keçirilib - VİDEO

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti fasiləsiz su təchizatına keçid məqsədilə mövcud su təchizatı sistemində bir sıra təkmilləşdirmələr və yeniliklər həyata keçirir.
Avtosfer.az xəbər verir ki, su anbarlarının modernləşdirilməsi, tikintisi, bərpası, texniki qurğuların tənzimləmə işlərinin düzgün təşkili və primitiv şəbəkələrin ləğvi, mövcud nasos stansiyalarının təkmilləşdirilməsi və yeni güclü nasoslar qurulması suyun təzyiqinə və paylanmasına müsbət təsir edib.
Su təchizatı şəbəkəsinin avtomatik idarə edilməsi üçün yeni sistemlər də tənzimlənmənin effektivliyini artırıb. Hazırda 24 saat fasiləsiz su ilə təmin edilən böyük ərazilərdən bir neçəsini Abşeron, Binəqədi, Xəzər, Nərimanov rayonlarını misal göstərə bilərik. Artıq su verilişi əvvəlki qrafikə uyğun məhdudlaşdırılmır, əksinə 24 saat boyunca davamlıdır. Bu, əhalinin gündəlik su ehtiyaclarını qarşılayır və su kəsilmələrinin qarşısını alır. İyirmi beş min abonentin fasiləsiz su ilə təmin olunacağı Xəzər rayonunun sakinləri arasında bu mövzu ilə bağlı kiçik sorğu da keçirilib.
Sakinlər fasiləsiz su təchizatı ilə təmin olunduqlarını təsdiqləyərək ötən illərlə müqayisədə indiki nəticəni müsbət qiymətləndiriblər, abonent məmnunluğunun artırılmasına xidmət edən işlərin səmərəli təşkilinə görə icraçılara minnətdarlıqlarını bildiriblər.
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI












