Alimlərdən qlobal iqlim fəlakəti barədə XƏBƏRDARLIQ

Antarktidada şelf buzlaqları ehtimal ki, əvvəllər təxmin edildiyindən daha sürətlə əriyir. Avtosfer.az "Ölkə.az"a istinadən xəbər verir ki, bu barədə "Nature Communications" jurnalında dərc olunan araşdırmada məlumat verilir.
Qeyd olunub ki, bu prosesin əsas qlobal nəticəsi dəniz səviyyəsinin qalxmasının sürətlənməsidir. Tədqiqatçılardan biri olan Sin Çjou Antarktidanın gələcəkdə dəniz səviyyəsinin yüksəlməsi üçün ən böyük potensial mənbə olduğunu bildirib. İşin müəllifləri xəbərdarlıq ediblər ki, əgər Antarktida şelfi zəifləsə və ya dağılmağa başlasa, bu proses hazırda xüsusi buz qalxanı tərəfindən saxlanılan milyardlarla ton buzu sərbəst buraxa bilər. Alimlər ehtimal olunan daşqın nəticəsində milyonlarla insanın zərər çəkəcəyini vurğulayıblar, çünki buz təbəqəsinin yoxluğu dəniz səviyyəsini 58 metr qaldıra bilər. Şelf buzlaqları sahildən dənizə doğru axan və kənarlara doğru nazikləşən plitə şəklində olan, üzən və ya qismən dibə söykənən buzlaqlardır. Bu buzlaqlar quru buz örtüklərinin davamı hesab olunur.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












